
Assosiasiyadan Misir və İndoneziyaya getməmək tövsiyəsi
Bakı/27.11.17/Turan: Azərbaycan Turizm Assosiasiyası (AzTA) Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya turist səfərinə getməməyə çağırıb.
Assosiasiya noyabrın 24-də Misirdə baş verən terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsini tövsiyə etmir.
Assosiasiyanın İndoneziyaya getməmək tövsiyəsi isə Bali adasında püskürən vulkanla bağlıdır.
Xatırladaq ki, noyabrın 21-dən İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürür. Bununla əlaqədar hökumət 100 min sakinin təxliyə olunmasını tövsiyə edib. Hazırda İndoneziyada təqribən 60 min turistin olduğu bildirilir.
Noyabrın 24-də isə Misirin Əl-Ariş şəhərindəki məscidin partladılması nəticəsində 300-dən çox adam ölüb, onların 27-i uşaqdır.-05D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz