
Bakı/16.03.20/Turan: Azərbaycan və Rusiya iki ölkə vətəndaşlarının səfərlərini qarşılıqlı olaraq dayandırır. Bu barədə razılıq martın 16-da Azərbaycanın baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin arasında telefon danışığı zamanı əldə olunub.
Əsasən 18 mart saat 00:00-dan iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə razılığa gəlinib. Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında bildirilir. Məhdudiyyət yüklərə şamil olunmayacaq.
Eyni zamanda press-relizdə qeyd olunur ki, Azərbaycan vətəndaşlarının geri qayıtması üçün çarter reyslərinin təşkili planlaşdırılır.-0-
Rəy yaz