
Bakı/25.03.20/Turan: Bir həftədən sonra Azərbaycanda tibbi maskaların istehsalına başlanılacaq. Yeni müəssisə ilkin mərhələdə gündə 90 min maska istehsal edəcək və tezliklə istehsal gündə 200 minə çatdırılacaq. Bu, Azərbaycan əhalisi üçün kifayətdir. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov martın 24-də İctimai TV-yə müsahibəsində apteklərdə qoruyucu maskaların olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov qoruyucu tibbi maskaların istehsalı üzrə müəssisənin işə salındığını anons etmişdi. -02D-
Rəy yaz