© Turan News Agency 1991 -





 
2017

Ekspert: Sökülən evlərə görə 10 faiz kompensasiya ədalətsizlikdir

2017 Mart 16 ( Şəmbə )  16:56:08
English  

“Xruşovka”ların söküldüyü  yerlərdə hündürmərtəbəli binaların inşası zamanı infrastrukturun yenilənməsi vacibdir. Bu fikri MBA LTD şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı məsələləri üzrə ekspert Nüsrət İbrahimov Turan agentlyinin “Çətin sual” proqramına müsahibəsində Bakıda 1-ci mikrorayonun sökülməsi və orada hündürmərtəbəli binaların tikilməsi ilə bağlı hakimiyyətindən planlarından danışarkən söyləyib.

Sökülən binaların yerində 4-5, 7 mərtəbəli binalar tikilməlidir. “Hündürmərtəbəli binaların tikilməsi üçün kommunikasiya yenilənməlidir, üstəlik yenilənmə mərkəzləşmiş qaydada olmalıdır”, - N.İbrahimov bildirib.

Bakıda 1-ci mikrorayonda beşmərtəbəli binaların və digər şəxsi obyektlərin sökülməsi və tikintini özəl şirkətlərin aparması barədə Nazirlər Kabinetinin qərarı Konstitusiyaya nə dərəcədə uygundur?

Bu sualın cavabında N.İbrahimov deyib ki, qərarda yazılıb ki, qəza vəziyyətində olan binalar söküləcək.

Söküntü zonasında “fransız” layihəli evlər var ki, onlar çoxdan köhnəlib.  Bu baxımdan söküntü barədə qərar düzgün addımdır. Ancaq yeni evlər Baş plana uyğun inşa edilməli və günün tələblərinə cavab verməlidir.

Söküntü zamanı mülkiyyətçilərin hüquqlarının təminatı məsələsi necə həll olunacaq, onların yeni mənzillə təmin edilməsinin qarantı kim olacaq?

Bu sualın cavabında N.İbrahimov deyib ki, tərəflər arasında müqavilənin imzalanması vacibdir. Sığorta olmalıdır. Əgər sığorta olmasa qarant dövlət olacaq. Əgər bunlar olmasa, risk faktoru böyüyür.

Müqavilənin şərtləri sığortalanmalı ya da dövlət zəmanəti ilə təmin edilməlidir.

Yeni mənzillərdə sakinlərə əvvəl olduğundan 10% çox sahə verilməsi nə dərəcədə ədalətlidir?

Bu sualın cavabında ekspert belə deyib: “Dövlət satınalmaları haqqında qanunda mülkiyyətçilərə kompensasiya nəzərdə tutulub. Ancaq burada söhbət dövlət satınalmalarından getmir. Zənnimcə, bu məsələlər nəzərə alınacaq. Dövlət bu barədə düşünməlidir”.

Ekspert 10% kompensasiyanı az hesab edir. Onun sözlərinə görə, 1-ci mikrorayonda birotaqlı mənziln sahəsi 29 kv. metrdir. 10% əlavəni nəzərə alsaq, genişlənmə 3 kv. metr təşkil edəcək.

Digər tərəfdən, sovet dövrünün tikililərində evlərdə konstruksiya belə olub ki, mənzillərdə təbii ventilyasiya olub.

İndiki yeni binaların eni çox genişdir və mənzillər  ancaq bir tərəfdə yerləşir, ventilyasiya olmur, gün işığı yetərincə deyil. Yəni, sanitar normalara riayət edilmir, odur ki, kompensasiyanın həcmi artırılmalıdır.

Ekspert ərazinin məhdudluğu, ətrafda nəqliyyatın sıxlığı baxımından birinci

mikrorayonda 30-35 mərtəbəli binaların tikintisini məqsədəuyğun hesab etmir.—06D-


 


(ru) Все права защищены! 1991 - : При использовании материалов активная гиперссылка на www.turan.az обязательна
(en) All rights reserved! 1991 - Turan İnformasiya Agentliyi : When reprinting, active hyperlink on www.turan.az required.
 
© Turan İnformasiya Agentliyi,
  1991 - 
Email: agency@turan.az