Aqil Hümbətov. Açiq mənbələrdən foto.
Aqil Hümbətov psixiatriya xəstəxanasından evə buraxılıb
Bakı/02.07.20/Turan: Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov iyunun 1-də 3 aydır saxlanıldığı Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasından evə buraxılıb. Onun Turan Agentliyinə verdiyi məlumata görə, psixiatriya xəstəxanasında əsassız olaraq saxlanılıb. Azad edilərkən ona tibbi rəy olmadan, yalnız evə buraxılmasıhaqqında kağız veriblər.
Vəkil artıq Apellyasiya Məhkəməsinin qərarının əsassız olaraq verilməməsi haqqında Ali Məhkəməyə kassasiya şikayəti və AİHM-yə ərizə verib.
Hümbətovun işi Azərbaycanda və xaricdə böyük rezonans doğurub. Hüquq müdafiəçiləri bu işdə fərqli düşünənlərin psixiatriya xəstəxanasına yerləşdirilməsi kimi acınacaqlı sovet təcrübəsinin yenidən qayıtdığını qeyd edirlər. Yerli hüquq müdafiəçiləri Hümbətovu siyasi məhbus kimi tanıyıb, Amnesty İnternational isə onun müdafiəsi kampaniyasına başlayıb.
Xatırladaq ki, karton yığıb təhvilverməklə dolanan fəal videomüraciətində hökuməti, o cümlədən prezidenti ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətinə görə tənqid edib.
Martın 30-da o, küçədə karton toplayarkən saxlanılıb və Xəzər rayon polis bölməsinə aparılıb, oradan isə onu psixiatriya xəstəxanasına aparıblar.
İki gün sonra o, xəstəxananın baş həkimi Ağahüseyn Rəsulovun məcburi müalicə haqqında vəsatətini təmin etməyən Sabunçu rayon məhkəməsinin qərarı ilə azad edilib.
Bir gün sonra Hümbətov yenidən saxlanılıb və yenə həmin xəstəxanaya aparılıb, belə ki, baş həkim məhkəmə qərarından şikayət verib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiyanı və həkimin Hümbətovun öz hərəkətlərinə nəzarət edə bilməməsi, ətrafdakılara qarşı əxlaq qaydalarına zidd hərəkətlər etməsi haqqında iddialarını təmin edib.
Tezliklə birinci dəfə Hümbətovu psixiatriya xəstəxanasından azad edən hakim Samir Talıbov da vəzifədən azad edilib.
Rəsmi Bakı ölkəmizdə heç kimin tənqidi baxışlarına görə təqiblərə məruz qalmadığını iddia edir. -21D-
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Sanksiya çağırışı, beynəlxalq hesabatlar... – Fuad Həsənov Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 160
Rəy yaz