Milli Məclis növbədənkənar toplanacaq

Bakı/03.07.20/Turan:  Milli Məclisin növbədənkənar sessiyası keçiriləcəyi bildirilir. 

Bu barədə Turana deputat korpusundakı mənbə məlumat verib. 

Məlumata görə, sessiya parlamentin bir qrup deputatın təşəbbüsü ilə çağırılır. "Lakin sessiyanın tarixi və gündəliyi hələ ki bəlli deyil", - mənbə bildirib. 

Məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb. -0-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti