Daha iki AXCP üzvü həbs edilib
Bakı/01.08.20/Turan: Qarabağa və Milli Orduya dəstək yürüşünə görə həbs olunan cəbhəçilərin sayı yenə artıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – partiyanın Qaradağ şöbəsinin sədri Elnur Cabbarov və Abşeron şöbəsinin üzvü Müşfiq Quliyev də Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Bu iş üzrə həbs olunan digər cəbhəçilər kimi, onlara qarşı da Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Hər birinin barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Onlardan buna qədər 16 nəfəri haqqında cinayət işi başlandığı, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunurdu.-0-
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz