Açiq mənbələrdən foto.
Strasburqda bir qrup siyasi mühacir Tofiq Yaqubluya dəstək aksiyası keçirib
Bakı/15.09.20/Turan: Sentyabrın 15-də Azərbaycandan olan bir qrup siyasi mühacir Avropa İnsan Hüquqları Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirib.
Siyasi mühacirlər T.Yaqublunu dəstəkləyən şüarlar və onun portretlərini qaldırıblar. Sonra onlar Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinə doğru yürüş ediblər. Orada saxta ittihamlarla mühakimə olunmuş müxalifətiçinin azad edilməsi tələbilə şüarlar səsləndirilib.
Aksiyanın təşkilatçısı, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid Turan-a bildirib ki, bu cür aksiyalar mütəmadi olaraq keçiriləcək.-03B-
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz