Fuad Qəhrəmanlı. Açiq mənbələrdən foto.
Fuad Qəhrəmanlı haqqında iki həftədən çoxdur məlumat yoxdur
Bakı/16.09.20/Turan: 1 saylı İstintaq Təcridxanasında saxlanılan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Fuad Qəhrəmanlı haqqında iki həftədən çoxdur heç bir məlumat yoxdur. Bu barədə onun ailə üzvləri məlumat veriblər.
“Sonuncu dəfə o, sentyabrın 1-də evə zəng edib və geyim, sakitləşdirici dərmanlar, qanda şəkəri ölçmək üçün aparat və yemək istəyib”, deyə ailə üzvləri Turan-a bildiriblər.
Qəhrəmanlının vəziyyəti naməlum olaraq qalır. İyulun 23-də o, həbs edildikdən sonra hüquq müafiəçiləri onun amansız işgəncələrə məruz qaldığını bildiriblər. Daha sonra Qəhrəmanlı qohumlarının təqibi ilə təhdid edilərək, vəkilindən imtina etməyə məcbur edilib.
Penitensiar Xidmətdən şərh almaq mümkün deyil. Yaxınları onunla görüşə bilmirlər, dövlətin təyin etdiyi vəkilə isə etibar etmirlər.
Xatırladaq ki, hakimiyyət Qəhrəmanlını və onlarla digər AXCP üzvünü 14-15 iyul yürüşünü təşkil etməkdə və iğtişaşlarda ittiham edib. Onlardan 17 nəfərə qarşı iğtişaşların təşkili, hakimiyyəti ələ keçirməyə cəhd, polisə müqavimət və s. haqqında cinayət işləri açılıb. 15 nəfər isə inzibati qaydada həbs edilib. -03B-
-
- İqtisadiyyat
- 16 Sentyabr 2020 12:57
-
- Maliyyə
- 16 Sentyabr 2020 13:02
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz