koronavirusinfo.az

koronavirusinfo.az

Bakı/24.09.20/Turan: Bu günə qədər Azərbaycanda məktəb şagirdlər arasında 19 və ümumtəhsil məktəblərinin əməkdaşları arasında 3 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Təhsil Nazirliyinin COVİD-19-la bağlı 25 sentyabr tarixli məlumatında deyilir.

Bu gün 3 sinfin şagirdlərinin distant təhsil keçirilməsi haqqında qərar qəbul edilib. Distant təhsilə keçirilən siniflərin ümumi sayı 9-a çatıb.

Bir müddət əvvəl Quba rayonunun Qam-Qam kənd məktəbi distant təhsilə keçirilib.

Öz növbəsində, Nazirlər Kabineti yanında Operativ Qərargah cümə axşamı xəstəliyə yoluxanlarının sayının artdığını bildirib. Belə ki, ötən gün COVİD-19-a 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər sağalıb, bir nəfər isə vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir. 

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə 1080873 test aparılıb. -21C06-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti