Son yenilənmə

(29 d. əvvəl)
Əli Əhmədov. Açiq mənbələrdən foto.

Əli Əhmədov. Açiq mənbələrdən foto.

Bakı/16.09.20/Turan: Baş nazirin müavini və hakim partiyanın icra katibi Əli Əhmədov müxalifəti “siyasi komadan” çıxmaq üçün Tofiq Yaqublunun işindən istifadə etməyə çalışmaqda ittiham edib.

O, öz facebook səhifəsində yazıb: “Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır”.

Onun sözlərinə görə, “Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib”.

Bu ifadələri şərh edən Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Əhmədovun sözlərinin “hakimiyyətin son dərəcə təhlükəli planından xəbər verdiyini” deyib.

Əli Əhmədovun açıqlaması vəziyyətin yumşalmasına deyil, daha da gərginləşməsinə hesablanıb. Bu cür yanaşma İlham Əliyevə dəstək yox, onun vəziyyətini daha da ağırlaşdırmaqdır, deyə Həzi qeyd edib. -21B-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti