Açiq mənbələrdən foto.
Azərbaycan və Türkmənistan mübahisəli yatağın birgə işlənməsi barədə razılığa gəliblər
Bakı/21.01.21/Turan: Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" (keçmiş "Kəpəz") neft yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Bununla əlaqədar dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdımühəmmədov videokonfrans keçiriblər.
Qeyd edək ki, bu yataq uzun illərdir ki, Bakı və Aşqabad arasında mübahisə, hətta münaqişə predmeti olub.
Azərbaycan onu özününkü, Türkmənistan isə özününkü hesab edib və onu "Sərdar" yatağı adlandırıb. Bu yataq dənizdə milli sektorlarının qovşağında iki ölkənin arasında yerləşir.
1997-ci ildə Azərbaycan bu yatağın Rusiyanın “Lukoyl” və “Rossneft” şirkətlərilə işlənməsinə dair saziş imzalayıb. Lakin Türkmənistanın etirazından sonra sövdələşmə baş tutmayıb.
1998-ci ildə türkmənlər “Kəpəz”in işlənməsi üzrə Amerikanın “Mobil” şirkəti ilə müqavilə bağlamağa cəhd ediblər. Lakin Bakının təhdidlərindən sonra amerikalılar geri çəkiliblər.
Daha sonra Bakı və Türkmənistan dənizin dibinin bölünməsi ilə bağlı məsələlər razılaşdırılanadək bu yerdə heç bir iş görməmək barədə razılığa gəliblər.
2001-ci ildə ölkələr arasında sərhəddin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar baş tutmayıb.
Aşqabadın investorları cəlb etmək cəhdləri Bakının müqavimətilə qarşılaşıb.
Son illər Bakı və Aşqabad arasında əlaqələr intensivləşib, onlar Xəzərdə kompromislərə və əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bu, Türkmənistan qazının birgə işlənməsi və Azərbaycan vasitəsilə Avropaya nəqlinə aiddir.
Ekspertlərin hesablamalarına görə, "Dostluq" (“Kəpəz”) yatağında neft ehtiyatları 60-70 mln. ton həcmində qiymətləndirilir.-02D-
Siyasət
-
Aprelin 27-dən vətəndaşlar öz şəxsi avyomobillərilə Laçın şəhərinə gedə biləcəklər. Bu barədə aprelin 25-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
-
Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Səbuhi Məmmədovun muxtar respublikanın baş naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
-
Amnesty International təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.
-
Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarov İkinci Qarabağ Müharibəsi zamanı azad edilmiş Füzuli və Ağdam şəhərlərinə gediblər. Onlar Aran Qarabağın bu yaşayış məntəqələrində bərpa işlərilə tanış olublar.
Sanksiya çağırışı, beynəlxalq hesabatlar... – Fuad Həsənov Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 135
Rəy yaz