Açiq mənbələrdən foto.
SOCAR yunan tankerlərini alıb
Bakı/26.04.21/Turan: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın Okeanis Eko Tankers (OET) şirkətindən 120 milyon dollara 6 il əvvəl tikilmiş 3 tanker (“Nissos Therassia”, “Nissos Heraclea” и “Nissos Schinousa”) alır.
Dövlət Neft Şirkəti bu sövdələşməni apreldə Avropada tanker qiymətlərinin son on ilin maksimum həddinə çatmasına baxmayaraq imzalayıb.
Dedveyti 115 min ton, uzunluğu 252 m və eni 45 m olan bu gəmilər 2021-ci ilin üçüncü rübündə Dövlət Neft Şirkətinə veriləcək və onlara İkinci Qarabağ müharibəsinin bəzi qəhrəmanlarının adı veriləcək.
Beləliklə, Dövlət Neft Şirkətinin tanker donanması 40 gəmini aşacaq.
Dövlət şirkətinin balansında maye yüklərin dünya okeanında daşınması üçün Suezmaks və Aframaks sinfinə aid tankerlər var.
2020-ci ilin yazında Azərbaycanda yeni gəmiqayırma zavodunda istehsal edilmiş, dedveyti 7875 ton, uzunluğu 141 ton və eni 17 metrə qədər olan “Laçın” tankeri suya buraxılıb. Bu gəmi Qara Dəniz və Aralıq Dənizi regionunda dövlət neft şirkətinin yüklərinin nəqlinə cəlb edilib. -0-
-
- Çətin sual
- 26 Aprel 2021 17:19
-
- Siyasət
- 26 Aprel 2021 17:38
Enerji
-
İki gün davam edən güclü qardan sonra Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb, nəticədə bu bölgələrin 80%-dən çoxu elektriksiz qalıb.
-
Beynəlxalq Enerji Agentliyi (IEA) Cümə axşamı günü 2023-cü ilin dörddə bir əsrdə dünyanın ən sürətli bərpa olunan enerji sektorunun genişləndiyini elan etdi.
-
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan elan edilmiş neftin ixracı 24 milyon 199 min 455,59 ton (nomenklatura Kodu 2709) təşkil edib ki, bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 0,5% aşağıdır. İxrac olunan neftin ümumi dəyəri 15 milyard 99 milyon 942,85 min dollar (17,6% azalma) təşkil edib. 2023-cü ilin yanvar-noyabr aylarında ümumi ixrac strukturunda neftin payı 47,92% (2022-ci ilin yanvar-noyabr aylarında 50,42%) təşkil edib.
-
2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 305,7 min ton neft məhsulları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 dəfə çoxdur. Pul baxımından neft məhsullarının idxalı 185,3 milyon avro (artım 14,1 dəfə) qiymətləndirilir.
Rəy yaz