Açiq mənbələrdən foto.
“Tovuz işi” üzrə apellyasiya baxışı davam etdirilib
Bakı/28.07.21/Turan: İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş 7 nəfərin məhkəmə prosesi davam etdirilib. Prosesə hakim İlqar Murğuzov sədrlik edib.
Məhkəmədə vəkil Elçin Sadıqovun vəsatətləri təmin edilməyib.
“Məhkəmənin apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmaqla baxılması barədə vəsatət verdim. Birinci istansiya məhkəməsində təqsirləndirilən şəxslər ifadə vermək istəyiblər, amma məhkəmə onların ifadəsini dinləməyib. Bu səbəbdən apellyasiya instansiyasında təqsirləndirlən şəxslərin son söz deməsi ilə bağlı vəsatət verdim. Daha sonra isə ittihamın mahiyyəti mühakimə olunan şəxslərə izah edilsin deyə vəsatət verdim. Lakin bu vəsatətlərim təmin olunmadı. Bu işdə adı keçən İmran Vəlibəyovun məhkəmədə dindirilməsini də tələb etdim, amma təmin oluhnmadı”, - vəkil Elçin Sadıqov qeyd edib.
Bu işin fiqurantları bir neçə il əvvəl qanunsuz silahlı birləşmələrin tərkibində Suriyada müharibədə iştirak etməkdə ittiham olunurlar. Təqsirləndiirlən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1(dini ədəbiyyatın qanunsuz istehsalı, idxalı və yayılması), 167-3.1 (dini-ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214(terrorçuluq) və 218 ( cinaətkar birlik yaratmaq) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm oxunub.
Növbəti məhkəmə iclası avqustun 5-də olacaq. -0-
-
- Çətin sual
- 28 İyul 2021 12:50
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz