Açiq mənbələrdən foto.
Azərbaycan Xarici İşlər Nazirliyi: Qriqoryanın təxribatı cavabsız qalmayacaq
Bakı/03.09.22/Turan: Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri erməni tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin şərhində deyilir.
“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir”, - Azərbaycan xarici siyasət idarəsinin məlumatında qeyd olunur.
Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığına, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
Bu, həm də rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində vurğulanır.
“Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addım cavabsız qalmayacaq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 06В
Siyasət
-
TURANın Vaşinqton müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blniken BMT-nin mənzil-qərargahından bir neçə məhəllə aralıda yerləşən Lotte New York Palace otelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edir.
-
Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iflic fəal Famil Xəlilovun işi üzrə proses davam edib.
-
Azərbaycan Prezidenti İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyev, sentyabrın 26-da ilk dəfə yüksək səviyyəli iqtisadi məsələlər üzrə müşavirədə iştirak edərək, əhəmiyyətli bir ictimai görünüş nümayiş etdirdi. Anası, Birinci vitse-prezident Mehriban Əliyevanın yanında oturan Heydər Əliyevin müşavirəyə qatılması onun dövlət işlərində artan iştirakına dair suallar doğurdu.
Rəy yaz