Последнее обновление

(7 минут назад)
Gürcüstan Avropadan imtina edəcəkmi? – Şahin Cəfərli saat 17:00-da Çətin sualda

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq planlarını elan etməsindən sonra Tbilisidə etiraz aksiyaları başlayıb. Gürcüstan hökuməti həmçinin 2028-ci ilə qədər Aİ büdcə qrantlarından imtina etmək niyyətində olduğunu bildirdi və Gürcüstanın 2028-ci ilə qədər iqtisadi baxımdan üzvlük danışıqlarına başlamağa hazır olacağını iddia edib.

Tbilisidə iğtişaş polisi bu gecə Rüstəveli prospekti və Çiçinadze küçəsində Gürcüstan Parlament binasının qarşısına toplaşmış minlərlə etirazçını dağıtmaq üçün su şırnaqları tətbiq edib. İğtişaşlar nəticəsində üç polis əməkdaşı və onlarla etirazçı yaralanıb, bəzilərinə isə polis tərəfindən bibər qazı tətbiq edildikdən sonra tibbi yardım göstərilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçilərə qoşularaq hökumətin qərarını qınadı və yeni parlament seçkilərinə çağırış edib. “Bu günki Konstitusiya çevrilişi Gürcüstanın Avropaya gedən yolunu bitirdi və bizi Rusiyaya doğru itələdi,” – deyə o, jurnalistlərə bildirib.

Gürcüstanda baş verənlərlə bağlı siyasi şərhçi Şahin Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей