«Nardaran işi» üzrə hazırlıq iclası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin işi üzrə hazırlıq iclası başlayıb.
“Nardaran işi” adlanan proses hakim Əlövsət Abbasovun sədrliyilə keçirilib.
Mətbuat və ictimaiyyət nümayəndələri məhkəməyə buraxılmayıb. Prosesdə müttəhimlərin hər birinin iki yaxın qohumu iştirak edib.
T.Bağırzadə bir qrup tərəfdaşı ilə birlikdə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. O, CM-in bir sıra maddəsilə ittiham olunur. Bura qətl, konstitusiya quruluşunu devirmək, qanunsuz silah saxlanması və s. daxildir.
F.Qəhrəmanlı kütləvi iğtişaşlara və dövlət əleyhinə çağırışda, dinlərarası ədavətin qızışdırılmasında ittiham olunur. İstintaq F.Qəhrəmanlını İnternetdə yaydığı fikirlərinə görə təqsirli bilib.
Prosesin əvvəlində müttəhimlərin anket məlumatları yoxlanılıb. Məlum olub ki, bəzilərinin vəkili yoxdur.
Müttəhim Cabbar Cabbarov ona təyin edilmiş vəkildən imtina edərək bunu ibtidai istintaq zamanı vəkil tərəfindən təzyiqlərə məruz qalması ilə izah edib.
Hakim müttəhimlərin hakimlərə etirazının olub-olmadığını soruşduqda F.Qəhrəmanlı deyib ki, “hakimin dəyişdirilməsi heç nəyi dəyişmir, odur ki, etiraz yoxdur. Rejimin dəyişməsi vacibdir”. Qəhrəmanlı məhkəmə iclasının tez keçirilməsinə çağırıb.
“Kürdəxanıda vəziyyət ağırdır. Belə istidə orada çox sayda adam saxlamağın özü işgəncədir”, - F.Qəhrəmanlı qeyd edib.
Bütün müttəhimlərin vəkillə təmin edilməsi üçün fasilə elan olunub.-03C-
Politics
-
Azerbaijani Presidential Aide Hikmet Hajiyev, who is on a visit to Iran, was received by President Masoud Pezeshkian on February 2.
-
Elvin Zeynalov, a religious activist living in the village of Mashtaga, was detained on January 31 around noon by individuals in plain clothes outside a store near his home. According to his relatives, later in the evening, Zeynalov was brought back home by people in black clothing, who conducted a search. They took Zeynalov's pants from the wardrobe, put marijuana in the pocket, then "seized" the drugs, filmed the video, and then took the activist away again.
-
Aide to the President of Azerbaijan Hikmet Hajiyev is on a visit to Iran, where he met with Adviser to the President of the Islamic Republic Mehdi Sanayi.
-
On January 31, the trial of opposition politician Tofig Yagublu continued at the Baku Serious Crimes Court, where the examination of documents resumed. Yagublu pointed out the falsification of the search protocols related to the search at his home. He drew attention to the fact that the protocol stated that on December 14, 2023, at 16:00, the investigator completed the questioning of the "victim" and decided to conduct a search.
Leave a review