Баку/23.04.20/Turan: Ряд общественных организаций в Азербайджане сделали обращение к народу в связи с общественно-политической ситуацией, вызванной пандемией коронавируса. Обращение составлено для противодействия "неким антинациональным и антигосударственным силам", намеренным изменить направление мирового развития после коронавирусной пандемии.
Онлайн подписанты уверены, что в мире готовятся планы по перекройке границ, причем целью является ущемление интересов Азербайджана и тюркского мира. В качестве примера приводят события 1988-1993 годов в Азербайджане, во время которых часть территории страны была оккупирована Арменией.
Эти НПО считают, что "антинациональные силы" в мире и Азербайджане намерены воспользоваться пандемией для разрушения стабильности в Азербайджане. В качестве доказательства приводятся общественные дискуссии о государственной помощи населению и экономики в связи с пандемией и сравнения размеров этой помощи в Азербайджане и развитых странах мира. Авторы обращения считают такие сравнения умышленно неправильными, так как страны Европы и США разбогатели на многовековой эксплуатации колонизированных народов.
В тексте обращения нет конкретных имен, фамилий и названий кроме имени президента Азербайджана, действия которого авторами полностью поддерживаются. Вместо точных указаний в тексте фигурируют "антинациональные, антигосударственные силы, топоры с отечественной ручкой, противники ментальных ценностей нашего народа, прибегающие к нецензурным выражениям" круги и центры.
Подписанное виртуальным способом и разосланное в СМИ обращение последовало за недавним выступлением президента Азербайджана, в котором он назвал оппозиционные азербайджанские партии "Мусават" и Народный Фронт "врагами".
Список онлайн подписантов возглавляет Тахмасиб Новрузов - глава Общественного Объединения Поборников Свободы. В конце девяностых годов Новрузов вместе с деятелем Демократической партии Гурбаном Мамедовым был осужден после отправки ими в Министерство Государственной Безопасности информационного письма с предупреждением планируемой, по их мнению, опасности государству.
После освобождения из заключения Новрузов обращался с судебными исками против журналистов, по которым они были осуждены судами в Азербайджане. Среди осужденных по жалобе Новрузова - главный редактор газеты "Азадлыг" Ганимат Захид.
Гурбан Мамедов сейчас проживает в Великобритании и ведет оттуда в интернете пропаганду против президента И.Алиева.—0--
Hazırki ictimai-siyasi durumla bağlı Vətəndaş
Cəmiyyəti nümayəndələrinin Azərbaycan xalqına
M Ü R A C İ Ə T İ
Əziz həmvətənlər!
”Covit-19” adlanan, bütün dünyanı cənginə alan ümumbəşəri bəlanın tüğyan etdiyi bir zamanda Müstəqil Azərbaycanımızın bu günü və gələcəyi ilə bağlı Sizə müraciət etməyi, Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq özümüzə borc bildik. Həm ölkə daxilində, həm də ölkədən xaricdə bəzi qüvvələr tərəfindən dünyanın yeni düzənə girməsi ərəfəsində sərgilənən anti-milli və anti-dövlət fəaliyyət bizi belə bir Müraciətlə çıxış etməyə vadar etdi.
İndi dünyanın hər yerində beynəlxalq iqtisadi münasibətlərin yeni formaya keçəcəyi, nəticədə dövlətlər və xalqlar arasında yeni siyasi münasibətlər formalaşacağı haqqında çox danışılır. Bununla yanaşı, bəzi güc sahibləri sadəcə iqtisadi münasibətlərdən deyil, həm də dövlətlərarası sərhədlərdə dəyişikliklərdən, yeni dünya xəritəsi formalaşdırmaqdan da söz açmaqdadırlar. Səslənən bütün bəyanatları təhlil etdikdə Azərbaycanın, ümumən türk dünyasının maraqlarının ziddinə yönəlik planların da olduğu açıq-aşkar hiss edilməkdədir. Belə bir zamanda bəzi qüvvələrin Azərbaycanda qarışıqlıq salmaq, ölkəmizi 1988-1993-cü illərin xaosuna qaytarmaq istəyinə yönəlik fəaliyyət göstərmələri hər kəsi ciddi narahat etməlidir. Sapı özümüzdən olub dəstəyi anti-Azərbaycan qüvvələrin əlində olan bu ünsürlər, hətta koronovirusun tüğyan elədiyi günlərdə belə, nəinki fəaliyyətlərini təxirə salmamış, əksinə, bu məqamdan da öz iyrənc məqsədləri naminə yararlanmaq istəklərini ortaya qoymuşlar. Xalqımızın ən qədimlərdən bu günümüzə qədər yaşatdığı mental dəyərlərdən biri, məhz elə, obaya ümumi bəla gələndə hər kəsin bütün iddialarını kənara qoyub, bu bəladan xilas naminə birləşməsi olub. Milli dəyərlərdən tamamən imtina edərək öz niyyətlərinə xalqın və dövlətin gələcəyini qurban verməyə belə hazır olan bu söyüş və böhtan kompaniyası fəalyyətlərini dözülməz dərəcədə genişləndirməklə, əslində iç üzlərini bir daha açıb ortaya qoymaqdadırlar. Azərbaycan iqtidarının pandemiyadan sui-istifadə etdiyini, əsassız olaraq karantin tətbiq edildiyini iddia edən həmin ünsürlər bu gün nümunə göstərdikləri Avropa ölkələrində məhz vaxtında önləyici tədbirlərin görülməməsi ucbatından yaranmış durumla bağlı bir kəlmə də olsun danışmırlar. Belə çıxır ki, Azərbaycan hakimiyyəti də həmin ölkələr kimi gözləmə mövqeyi tutmalı imiş ki, nəticədə əhali gözəgörünməz bəlanın ağuşunda çapalamaq zorunda qalsın. Azərbaycan hakimimiyyətinin az zaman daxilində bütün qüvvələri səfərbər edərək, ən zəruri addımlar atmaqla, inkişaf etmiş dünya dövlətlərindən fərqli olaraq, pandemiyanın genişlənməsinin qarşısını almasını təqdir etmək əvəzinə, bütün bunların “sui-istifadə” adlandirilması, ən azı şərəfsizlik və vicdansızlıqdır. ABŞ-da, Avropanın ən inkişaf etmiş ölkələrində insanlara ödənilən yardımın həcmini Azərbaycanda ödənilən yardımla uğursuz müqayisə isə,onların nə qədər səbatsız olduqlarının təsdiqidir. Yüz illərlə Hindistandan Yaxın və Orta Şərqə, ordan Afrikaya və Latım Amerikasına qədər zəif xalqları istismar edib, bu torpaqların bütün sərvətlərini öz xəzinələrinə daşıyan həmin imperialist güclərlə, cəmi 28 illik müstəqil dövlətçilik tarixi olan Azərbaycanı bu baxımdan müqayisə etmək gülünc səslənmirmi? Xüsusilə, ləyaqətsizliyin bariz nümunəsidir ki, Azərbaycan dövlətinin, başda Prezident İlham Əliyev olmaqla indiki iqtidarın yeni koronovirusun yayılmağa başladığı ilkin dövrdən mərhələlərlə həyata keçirdiyi düşünülmüş tədbirlər, atılan addımlar və bunun nəticəsində ölkəmizdə bu bəlanın geniş vüsət almasının qarşısının alınması, eyni zamanda pandemiya ilə əlaqədar cəmiyyətin bütün təbəqələrinə dəymiş maddi zərərin dövlət hesabına odənilməsi, zərərin minimuma endirilməsinə yönəlik səriştəli idarəetmə və bu məqsədlər üçün dövlət büdcəsindən milyardlarla vəsaitin ayrılması haqqında bir kəlmə də olsun danışmayan bu nankor ünsürlər, tək-tük diqqətdən kənarda qalan sadəlövh insanlardan məharətlə istifadə edərək, əldə etdikləri materialları Azərbaycandakı durum kimi qələmə verir və dünyaya yayırlar. Azərbaycanlı adına ciddi xələl gətirən bu cür halları qətiyyətlə pisləyir, bu əməlləri törədən hər kəsi xalqına, dövlətinə xəyanət etmiş kimi dəyərləndirir və hər kəsi bununla bağlı həmrəyliyə çağırırıq.
Əziz həmvətənlər!
Bizlər vətəndaş cəmiyyətinin nümayəndələri olaraq siyasi fəaliyyətlə məşğul olmur, ölkəmizin ayrı-ayrı sahələrində mövcud olan problemlərin həllində əlimizdən gələni etməyə çalışırıq. Lakin həmin qüvvələrin son dövrlərdəki fəaliyyətləri açıq-aydın göstərdi ki, yaradılmış bu söyüş və böhtan şəbəkəsinin məqsədi hansısa siyasi mübarizəyə deyil, müqəddəs vətənimizi içindən parçalamağa, idarəolunmaz hala gətirməyə yönəlik fəaliyyətdir. Bütün etik normalardan, milli mental dəyərlərdən imtina edən, söyüş örgütü kimi tanınan həmin qüvvələrə cəmiyyət olaraq hər birimiz “YOX!” deməli, milli və dövlətçilik mənafelərinə zidd fəaliyyətlərinin ölkəmizə ayaq aça bilməməsinə çalışmalıyıq. Azərbaycanın düşmənlərinin təsiri altında öz ölkəsinə qənim kəsilən bu şəbəkənin şər, böhtan dolu sərsəmləmələri, təhqir dolu çıxışları cəmiyyətimizdə mütləq əksəriyyət tərəfindən rədd edilsə də, dünyada gedən prosesləri doğru-düzgün anlamaqda çətinlik çəkən sadəlövh insanlar arasında, az da olsa belələrinin çıxışlarına əhəmiyyət verənlər də var.
Odur ki, indiki məqamda, koronovirus təhlükəsindən xilas olmaq üçün göstərdiyimiz çaba ilə yanaşı, hər bir Azərbaycan vətəndaşını anti-milli şəbəkənin cəmiyyətə ayaq açmaması, gerçəklərin sadə əhaliyə izah edilməsi və onlarda mənəvi baxımdan daha yetkin mövqe formalaşması məqsədilə lazımı addımlar atmağa çağırırıq.
Müraciəti onlayn imzalayan QHT rəhbərləri:
1.“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov.
2. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas.
3. ”Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev.
4. “Hüquq və Demokratik İslahatlar“ Mərkəzinin rəhbəri İlham Əliyev.
5.“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı.
6.“Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli.
7. Bakı Qazilər Birliyinin sədri Fuad Rzayev.
8.“Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova.
9.“Vətən Uğrunda Şəhid Anaları və Milli Qəhramanlar” İctimai Birliyinin sədri, şəhid anası Zərifə Əsgərova.
10.“Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyininsədri, fəlsəfə elmləri doktoru Fəridə Vəliyeva.
11.“İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Şahməmməd Soltanov.
12. “Vətəndaşların Maariflənməsinə Ziyalıların Dəstəyi” İctimai Birliyiin sədri Famil Əzizov.
13. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev.
14.”İraq-Azərbaycan Mədəni Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova.
15.”Demokratik Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin sədri Mehriban Abdullayeva.
16. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad.
17. “Tərəqqi Sosial İnkişaf” İctimai Birliyinin sədri Telman Dadaşov.
18. Xan Şuşinski Fondunun sədi Bəyimxanım Verdiyeva (Cavanşirova).
Написать отзыв