17 NGOs against "axes with domestic handles"

Baku / 04.23.20 / Turan: 17 public organizations in Azerbaijan appealed to the people of the country in connection with the existing socio-political situation caused by the coronavirus pandemic. The appeal was compiled to counter “certain anti-national and anti-state forces” that intend to change the direction of world development after the coronavirus pandemic. Online signatories are sure that plans for redrawing borders are being prepared in the world, and the goal is to infringe on the interests of Azerbaijan and the Turkic world. The events of 1988-1993 in Azerbaijan, during which part of the country's territory was occupied by Armenia, are cited as an example.

 NGOs believe that the "anti-national forces" in the world and Azerbaijan intend to take advantage of the pandemic to destroy stability in Azerbaijan. As evidence, public discussions about state aid to the population and the economy in connection with the pandemic and comparison of the size of this aid in Azerbaijan and the developed countries of the world are given. The authors of the appeal consider such comparisons to be deliberately incorrect, since the countries of Europe and the USA have grown rich on centuries-old exploitation of colonized peoples.

The text of the appeal does not contain specific names, surnames and names other than the name of the President of Azerbaijan, whose actions are fully supported by the authors. Instead of precise instructions, the text includes "anti-national, anti-state forces, axes with a domestic handle, opponents of the mental values ​​of our people, resorting to obscene expressions" circles and centers.

The appeal, signed in a virtual way and sent to the media, followed a recent statement by the President of Azerbaijan in which he called the opposition Azerbaijani parties Musavat and the Popular Front "enemies."

The list of online signatories is headed by Tahmasib Novruzov, the head of the Public Association of Freedom Supporters. In the late nineties, Novruzov, together with the leader of the Democratic Party, Gurban Mammadov, was convicted after they sent an information letter to the Ministry of State Security warning them of the planned danger to the state.

After being released from prison, Novruzov filed lawsuits against journalists, in which they were convicted by courts in Azerbaijan. Among those convicted on Novruzov’s complaint is Ganimat Zahid, editor-in-chief of the Azadlig newspaper.

Gurban Mammadov now lives in Britain and conducts propaganda from there on the Internet against President I. Aliyev. — 0--

 

Hazırki ictimai-siyasi durumla bağlı Vətəndaş 

Cəmiyyəti nümayəndələrinin Azərbaycan xalqına

M Ü R A C İ Ə T İ

Əziz həmvətənlər!

”Covit-19” adlanan, bütün dünyanı cənginə alan ümumbəşəri bəlanın tüğyan etdiyi bir zamanda  Müstəqil Azərbaycanımızın bu günü və gələcəyi ilə bağlı Sizə müraciət etməyi, Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq özümüzə borc bildik. Həm ölkə daxilində, həm də ölkədən xaricdə bəzi qüvvələr tərəfindən dünyanın yeni düzənə girməsi ərəfəsində sərgilənən anti-milli və anti-dövlət fəaliyyət bizi belə bir Müraciətlə çıxış etməyə vadar etdi.

İndi dünyanın  hər yerində beynəlxalq iqtisadi münasibətlərin yeni formaya keçəcəyi, nəticədə dövlətlər və xalqlar arasında yeni siyasi münasibətlər formalaşacağı haqqında çox danışılır. Bununla yanaşı, bəzi güc sahibləri sadəcə iqtisadi münasibətlərdən deyil, həm də dövlətlərarası sərhədlərdə dəyişikliklərdən, yeni dünya xəritəsi  formalaşdırmaqdan da söz açmaqdadırlar. Səslənən bütün bəyanatları təhlil etdikdə Azərbaycanın, ümumən türk dünyasının maraqlarının ziddinə yönəlik planların da olduğu açıq-aşkar hiss edilməkdədir.  Belə bir zamanda bəzi qüvvələrin Azərbaycanda qarışıqlıq salmaq, ölkəmizi 1988-1993-cü illərin xaosuna qaytarmaq istəyinə yönəlik fəaliyyət göstərmələri hər kəsi ciddi narahat etməlidir. Sapı özümüzdən olub dəstəyi anti-Azərbaycan qüvvələrin əlində olan bu ünsürlər, hətta koronovirusun tüğyan elədiyi günlərdə belə, nəinki fəaliyyətlərini təxirə salmamış, əksinə, bu məqamdan da öz iyrənc məqsədləri naminə yararlanmaq istəklərini ortaya qoymuşlar. Xalqımızın ən qədimlərdən bu günümüzə qədər yaşatdığı mental dəyərlərdən biri, məhz elə, obaya  ümumi bəla gələndə hər kəsin  bütün iddialarını kənara qoyub, bu bəladan xilas naminə birləşməsi olub. Milli dəyərlərdən tamamən imtina edərək  öz niyyətlərinə xalqın və dövlətin gələcəyini  qurban verməyə belə hazır olan bu söyüş və böhtan kompaniyası  fəalyyətlərini  dözülməz dərəcədə genişləndirməklə, əslində iç üzlərini bir daha açıb ortaya qoymaqdadırlar.  Azərbaycan iqtidarının pandemiyadan sui-istifadə etdiyini, əsassız olaraq karantin tətbiq edildiyini iddia edən həmin ünsürlər bu gün nümunə göstərdikləri Avropa ölkələrində məhz vaxtında önləyici tədbirlərin görülməməsi ucbatından yaranmış durumla bağlı bir kəlmə də olsun danışmırlar. Belə çıxır ki, Azərbaycan hakimiyyəti də həmin ölkələr kimi gözləmə mövqeyi tutmalı imiş ki, nəticədə əhali gözəgörünməz bəlanın ağuşunda çapalamaq zorunda qalsın. Azərbaycan hakimimiyyətinin az zaman daxilində bütün qüvvələri səfərbər edərək, ən zəruri addımlar atmaqla, inkişaf etmiş dünya dövlətlərindən fərqli olaraq, pandemiyanın genişlənməsinin qarşısını almasını təqdir etmək əvəzinə, bütün bunların  “sui-istifadə” adlandirilması, ən azı şərəfsizlik və vicdansızlıqdır. ABŞ-da, Avropanın ən inkişaf etmiş  ölkələrində insanlara ödənilən yardımın həcmini Azərbaycanda ödənilən yardımla uğursuz müqayisə isə,onların nə qədər səbatsız olduqlarının təsdiqidir. Yüz illərlə Hindistandan Yaxın və Orta Şərqə, ordan Afrikaya və Latım Amerikasına qədər zəif xalqları istismar edib, bu torpaqların bütün sərvətlərini öz xəzinələrinə daşıyan həmin imperialist güclərlə, cəmi 28 illik müstəqil dövlətçilik tarixi olan Azərbaycanı bu baxımdan müqayisə etmək gülünc səslənmirmi? Xüsusilə, ləyaqətsizliyin bariz nümunəsidir ki, Azərbaycan dövlətinin, başda Prezident İlham Əliyev olmaqla indiki iqtidarın yeni koronovirusun yayılmağa başladığı ilkin dövrdən mərhələlərlə həyata keçirdiyi düşünülmüş tədbirlər, atılan addımlar və bunun nəticəsində ölkəmizdə bu bəlanın geniş vüsət almasının qarşısının alınması, eyni zamanda pandemiya ilə əlaqədar cəmiyyətin bütün təbəqələrinə dəymiş maddi zərərin dövlət hesabına odənilməsi, zərərin minimuma endirilməsinə yönəlik səriştəli idarəetmə və bu məqsədlər üçün dövlət büdcəsindən milyardlarla vəsaitin ayrılması haqqında bir kəlmə də olsun danışmayan bu nankor ünsürlər, tək-tük diqqətdən kənarda qalan sadəlövh insanlardan məharətlə istifadə edərək, əldə etdikləri materialları Azərbaycandakı durum kimi qələmə verir və dünyaya yayırlar. Azərbaycanlı adına ciddi xələl gətirən bu cür halları qətiyyətlə pisləyir, bu əməlləri törədən hər kəsi xalqına, dövlətinə xəyanət etmiş kimi dəyərləndirir və hər kəsi bununla bağlı həmrəyliyə çağırırıq.

Əziz həmvətənlər!

Bizlər vətəndaş cəmiyyətinin nümayəndələri olaraq siyasi fəaliyyətlə məşğul olmur, ölkəmizin ayrı-ayrı sahələrində mövcud olan problemlərin həllində əlimizdən gələni etməyə çalışırıq. Lakin həmin qüvvələrin son dövrlərdəki fəaliyyətləri açıq-aydın göstərdi ki, yaradılmış bu söyüş və böhtan şəbəkəsinin məqsədi hansısa siyasi mübarizəyə deyil, müqəddəs vətənimizi içindən parçalamağa, idarəolunmaz hala gətirməyə yönəlik fəaliyyətdir. Bütün etik normalardan, milli mental dəyərlərdən imtina edən, söyüş örgütü kimi tanınan həmin qüvvələrə cəmiyyət olaraq hər birimiz “YOX!” deməli, milli və dövlətçilik mənafelərinə zidd fəaliyyətlərinin ölkəmizə ayaq aça bilməməsinə çalışmalıyıq. Azərbaycanın düşmənlərinin təsiri altında öz ölkəsinə qənim kəsilən bu şəbəkənin şər, böhtan dolu sərsəmləmələri, təhqir dolu çıxışları cəmiyyətimizdə mütləq əksəriyyət tərəfindən rədd edilsə də, dünyada gedən prosesləri doğru-düzgün anlamaqda çətinlik çəkən sadəlövh insanlar arasında, az da olsa belələrinin çıxışlarına əhəmiyyət verənlər də var.

Odur ki, indiki məqamda, koronovirus təhlükəsindən xilas olmaq üçün göstərdiyimiz çaba ilə yanaşı, hər bir Azərbaycan vətəndaşını anti-milli şəbəkənin cəmiyyətə ayaq açmaması, gerçəklərin sadə əhaliyə izah edilməsi və onlarda mənəvi baxımdan daha yetkin mövqe formalaşması məqsədilə lazımı addımlar atmağa çağırırıq.

Müraciəti onlayn imzalayan QHT rəhbərləri:

1.“Azadlıq Hərakatçıları” İctimai Birliyinin   sədri Təhmasib Novruzov.

2. “Müharibə Veteranı Qadınlarına  Sosial Yardım”  İctimai Birliyinin sədri Radə Abbas.

3. ”Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai  Birliyinin  sədri  Füzuli Rzaquliyev.

4. “Hüquq və Demokratik İslahatlar“    Mərkəzinin rəhbəri İlham Əliyev.

5.“Erməni Təcavüzünün Tanıdılması” İctimai  Birliyinin sədri  Səriyyə Müslümqızı.

6.“Sosial Rifah və Tədqiqatlar” İctimai  Birliyinin sədri  Əkrəm Bəydəmirli.

7. Bakı Qazilər Birliyinin sədri   Fuad Rzayev.

8.“Regional Gender Mərkəzi” İctimai    Birliyinin sədri  Şərqiyyə Dadaşova.

9.“Vətən Uğrunda Şəhid Anaları və Milli Qəhramanlar”   İctimai Birliyinin sədri, şəhid anası Zərifə Əsgərova.

10.“Miqrasiya Proseslərinin Tədqiqi” İctimai   Birliyininsədri, fəlsəfə elmləri doktoru Fəridə Vəliyeva.

11.“İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Şahməmməd Soltanov.

12. “Vətəndaşların Maariflənməsinə Ziyalıların  Dəstəyi” İctimai Birliyiin sədri  Famil Əzizov.

13. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri  Füzuli Rzaquliyev.

14.”İraq-Azərbaycan Mədəni Əlaqələri” İctimai  Birliyinin sədri Tahirə Məmmədova.

15.”Demokratik Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin  sədri Mehriban Abdullayeva.

16. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai  Birliyinin sədri İradə Polad.

17. “Tərəqqi Sosial İnkişaf” İctimai Birliyinin  sədri  Telman Dadaşov.

18. Xan Şuşinski Fondunun sədi Bəyimxanım Verdiyeva (Cavanşirova).

 

 

Leave a review

Social

Follow us on social networks

News Line