Последнее обновление

(25 минут назад)
HƏMAS liderinin öldürülməsi nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin ekstremist qruplaşmasının siyasi lideri İsmayıl Haniyə Tehranda İsrail hücumu nəticəsində qətlə yetirilib. Məlumatı İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iyulun 31-də səhər yayıb.

HƏMAS iyulun 31-də Telegram kanalında bu xəbəri təsdiqləyib. İsrail tərəfdən hələlik, təsdiq gəlməyib.

HƏMAS bildirib ki, Haniyə “İranın yeni prezidentinin (Məsud Pezeşkian) andiçmə mərasimində iştirak edəndən sonra Tehrandakı iqamətgahında hava zərbəsi ilə” öldürülüb.

Haniyə 2019-cu ildə Qəzza zolağını tərk edib, Qətərdə mühacirətdə yaşayırdı. HƏMAS-ın Qəzzədəki lideri isə Yəhya Sinvardır, 7 oktyabr hücumunun əsas təşkilatçısı o sayılır.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirəndən, 250 nəfəri girov götürəndən sonra İsrail Haniyəni və qruplaşmanın digər liderlərini öldürəcəyini deyirdi.

İsrail isə iyulun 30-da “Hizbullah” qruplaşmasının aparıcı komandiri Fuad Şükürü “aradan götürdüyünü” bəyan edib. İsrail onun həftəsonu 12 israilli uşaq və yeniyetmənin ölümü ilə nəticələnmiş raket zərbəsinin arxasında durduğunu bildirir. Şükür Beyrutdakı mənzilində zərbə ilə qətlə yetirilib.

Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей