![HƏMAS liderinin öldürülməsi nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda](https://turan.az/resized/news/2024/HbCypNJmiTtrfpLCXb1ikF400dqM2TzHT4wIBrTh-750-500-resize.webp)
HƏMAS liderinin öldürülməsi nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin ekstremist qruplaşmasının siyasi lideri İsmayıl Haniyə Tehranda İsrail hücumu nəticəsində qətlə yetirilib. Məlumatı İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) iyulun 31-də səhər yayıb.
HƏMAS iyulun 31-də Telegram kanalında bu xəbəri təsdiqləyib. İsrail tərəfdən hələlik, təsdiq gəlməyib.
HƏMAS bildirib ki, Haniyə “İranın yeni prezidentinin (Məsud Pezeşkian) andiçmə mərasimində iştirak edəndən sonra Tehrandakı iqamətgahında hava zərbəsi ilə” öldürülüb.
Haniyə 2019-cu ildə Qəzza zolağını tərk edib, Qətərdə mühacirətdə yaşayırdı. HƏMAS-ın Qəzzədəki lideri isə Yəhya Sinvardır, 7 oktyabr hücumunun əsas təşkilatçısı o sayılır.
HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirəndən, 250 nəfəri girov götürəndən sonra İsrail Haniyəni və qruplaşmanın digər liderlərini öldürəcəyini deyirdi.
İsrail isə iyulun 30-da “Hizbullah” qruplaşmasının aparıcı komandiri Fuad Şükürü “aradan götürdüyünü” bəyan edib. İsrail onun həftəsonu 12 israilli uşaq və yeniyetmənin ölümü ilə nəticələnmiş raket zərbəsinin arxasında durduğunu bildirir. Şükür Beyrutdakı mənzilində zərbə ilə qətlə yetirilib.
Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiya sədrlərindən – Müsavat başqanı İsa Qəmbər, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, VI çağırış Milli Məclisin üzvü Sabir Rüstəmxanlı, Ədalət partiyasının sədri İlyas İsmayılov və Ümid partiyasının sədri İqbal Ağazadə seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.
-
Azərbaycan amilinin İranda güclənməsi nəyə gətirib çıxaracaq? - Stanislav Tarasov Çətin sualda
-
Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün imzatoplama kampaniyası hazırda davam edir. Hazırda mindən çox şəxsin namizəd olmaq üçün müraciət etdiyi bildirilir.
-
Son vaxtlar aqressiyanın artmasının səbəbi olaraq şok effekti yaradan kriminal xəbərləri tez-tez eşidirik.
HƏMAS liderinin öldürülməsi nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:37
- 192
Rəy yaz