İyulda mühəndis qoşunları 1184 hektar ərazini minalardan təmizləyib - Müdafiə Nazirliyi
İyulda mühəndis qoşunları 1184 hektar ərazini minalardan təmizləyib - Müdafiə Nazirliyi
İyulda Azərbaycan Ordusunun mühəndis qoşunlarının bölmələri 1184 hektardan artıq ərazini minalardan təmizləyib. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu günədək mühəndis bölmələri 39 min 721 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Ümumilikdə 13 045 partlamamış hərbi sursat, 3 318 tank əleyhinə və 10 463 piyada əleyhinə mina aşkar edilərək məhv edilib”, - deyə hərbi idarənin press-relizində deyilir.
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz