Haqqımızda

Bizim missiya

1993-cü ildə Turan İnformasiya Agentliyi cəmiyyət, dövlət institutları və özəl şirkətlər üçün analitik təkliflərin hazırlanması məqsədilə analitika xidmətini yaradıb. Xidmətin praktiki araşdırmaları siyasət, iqtisadiyyat, energetika, sosiologiya kimi istiqamətlər daxil olmaqla, geosiyasət, region, ölkələrlə bağlı məsələləri əhatə edib.

İnformasiya məkanının qlobal genişlənməsi, beynəlxalq və yerli səviyyədə baş verən hadisə və proseslərin artan dinamikası şəraitində 2018-ci ildə Xidmət ayrı-ayrı regionların, ölkələrin, özəl qurumların, birliklərin üzləşdikləri çağırışlara vaxtında və analitik reaksiya verilməsi məqsədilə ekspertərlə əməkdaşlıq yolu ilə fəaliyyətin genişləndirməyin vacibliyi qənaətinə gəldi. Bu layihə ASTNA adını aldı.

Məqsədlər

Dövlət, ictimai və özəl institutların müxtəlif sahələrdə və məsələlərdə fəaliyyətinin effektivliyinin artırılmasına yardım edə biləcək təkliflər hazırlayır.

Vəzifələr

Strateji, ortamüddətli və cari prosesləri, hadisələri və ayrı-ayrı faktları təhlil edir;

Təhlilin nəticələrinə dair hesabatlar və tövsiyələr verir;

Hazır təkliflər təqdim edir;

Metodologiya

Başlıca olaraq, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşması praktiki yanaşmaya əsaslanır ki, bu da Xidmət əməkdaşlarının və cəlb edilmiş ixtisaslı ekspertlərin strateji və taktiki xarakterli cari məsələləri cavablandırmasına yönəlib.

Effektivlik

Yüksək səviyyədə təhlil, nəticə və tövsiyələr ixtisaslaşdırılmış ekspertlərin cəlb olunması, təhlilin, tövsiyələrin nəticələrinin ekspertlər qrupu və Xidmətin Ekspertlər Şurası tərəfindən müzakirə edilməsi hesabına əldə olunur.

İstiqamətlər

Geosiyasət: güc mərkəzlərinin vəziyyəti, dövlətlərarası münasibətlər, geosiyasi maraqlar;

Region: güc mərkəzlərinin maraqları, regional münasibətlər və maraqlar;

Ölkə: Ölkə

Cəmiyyət: ictimai vəziyyət, cəmiyyət-hakimiyyət münasibəti

İqtisadiyyat: iqtisadi siyasət, reallıq, maneələr, inkişaf;

Siyasət: daxili və xarici siyasət, vətəndaş institutları, KİV, partiyalar;

Din: dini siyasət, xarici təsir və maraqlar, dini tendensiyalar, icmalar.