Zəngəzur dəhlizi sülh müqaviləsindən çıxarıldı. Bəs kimin nəzarətinə verilir? – Oktay Qasımov saat 16:00-da Çətin sualda
Ermənistan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Bu barədə avqustun 7-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan danışıb.
Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.
Erməni politoloq Sergey Melkonyan Yerevanda konfransda bildirib ki, Ermənistan və Azərbaycan iyulun əvvəlində Vaşinqtonda xarici işlər nazirlərinin son görüşündə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl təhlükəsizlik şirkətinə verilməsi imkanlarını müzakirə ediblər. Onun sözlərinə görə, beynəlxalq özəl şirkət həm Ermənistan ərazisində, həm də Naxçıvan və Azərbaycan ərazisində kommunikasiyalara nəzarət etməlidir. Bununla sərhəd və gömrük nəzarəti də nəzərdə tutulur. Melkonyan hesab edir ki, Tehran hadisələrin bu cür inkişafını regiondakı maraqlarına təhlükə kimi görür.
Xatırladaq ki, Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanın İranın dini lideri Əli Xamenei ilə görüşündə sonuncu açıq şəkildə bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın marağında deyil.
Görünür, bu məsələ Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun bu həftə Bakı və Tehranda müzakirə etdiyi məsələlərdən biri olub. İlham Əliyevlə görüşdən sonra Şoyqunun "Qərbi Cənubi Qafqaza buraxmaq olmaz" deməsi bunu dolayısı ilə təsdiq edir.
Siyasi şərhçi Oktay Qasımov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Сложный вопрос
-
В мире, балансирующем на грани конфликта, Азербайджан оказался в шатком положении. Недавнее убийство лидера ХАМАС Исмаила Хании усилило напряженность на Ближнем Востоке, побудив Министерство иностранных дел Азербайджана призвать своих граждан избегать Ливана, Палестины и Израиля, а тех, кто уже там, — немедленно покинуть эти страны. Этот шаг сигнализирует о возможном расширении военных действий в регионе.
-
2 августа в Азербайджане завершился процесс подачи необходимых избирательных документов в окружную избирательную комиссию (ОИК) для регистрации кандидатов на внеочередных парламентских выборах, назначенных на 1 сентября. Согласно закону, эти заявления должны быть рассмотрены в течение семи дней, а этап предвыборной агитации должен начаться 9 августа, что позволит продолжить регистрацию кандидатов до 8 августа.
-
На протяжении нескольких дней убийство лидера ХАМАС Исмаила Хании в столице Ирана Тегеране является одной из самых обсуждаемых тем во всем мире. Газета New York Times со ссылкой на свои источники сообщила, что верховный лидер Ирана Али Хаменеи в ответ на убийство Исмаила Хании в Тегеране отдал приказ нанести прямой удар по Израилю.
-
Исмаил Хания, политический лидер палестинской экстремистской группировки ХАМАС, признанный террористом США и ЕС, был убит в Тегеране в результате израильской атаки. Эту информацию сообщил Корпус стражей исламской революции (КСИР) Ирана утром 31 июля.
Написать отзыв