koronavirusinfo.az
Azərbaycanda COVİD-19-a 2187 yeni yoluxma faktı
Bakı/23.11.20/Turan: Bu gün Azərbaycanda COVİD-19-a 2187 yeni yoluxma hadisəsi qeydə alınıb, bu barədə bazar ertəsi Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Eyni zamanda, 634 nəfər sağalıb, 29 nəfər isə vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.
Ölkədə son sutka ərzində 9784, hazırkı dövrədək isə 1617239 test aparılıb. -06D-
-
- İqtisadiyyat
- 23 Noyabr 2020 16:42
-
- Siyasət
- 23 Noyabr 2020 16:57
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz