Cümə axşamı tutqun hava şəraiti davam edəcək

Bakı/04.10.17/Turan: Oktyabrın 5-də Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Sinoptiklərin proqnozlarına görə səhər və axşam Bakıda və Abşeronda yağıntı olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +15 +17 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında da yağıntı gözlənilir, temperatur gündüz +14 +18 dərəcə təşkil edəcək.

Dağlarda +6 +11 dərəcə isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti