Hava pisləşəcək, sulu qar yağacaq
Bakı/18.02.19/Turan: Fevralın 18-dən 19-na keçən gecə hava şəraiti pisləşməyə başlayacaq. Küləyin gücü saniyədə 20 metrə çatacaq. Fevralın 19-da Bakıda və Abşeronda sulu qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 6-8 dərəcə enəcək, gündüz +2+3, gecə 0 dərəcə olacaq.
Dağ rayonlarında intensiv qar yağacaq. Havanın temperaturu gündüz 0 dərəcəyə enəcək, dağlarda -5 dərəcə olacaq. Güclü qərb küləyi əsəcək.05D-
-
- Siyasət
- 18 Fevral 2019 13:22
-
- İqtisadiyyat
- 18 Fevral 2019 13:42
Cəmiyyət
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
-
Çərşənbə günü paytaxtda gecə və səhər yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Builki COP29 iqlim konfransının aktiv səhnələri arasında özünü FINS Təşəbbüsü adlandıran bir qrup tərəfindən təşkil edilən balina ovu və dənizin dərinliklərindən faydalı qazıntıların hasilatına qarşı etiraz nümayəndələrin və müşahidəçilərin diqqətini cəlb edib. Lakin qrupun legitimliyi ilə bağlı suallar yaranır, çünki İnternetdə axtarış onun mövcudluğuna dair dağınıq qeydlərdən başqa çox az dəlil verir.
-
Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında "xəbər" yayılıb. Ən çox "müşahidə edənlər" video göstərərək heyvanın ölçüsünü şərh ediblər. Sonra digər "şahidlər" bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb.
Rəy yaz