
Açıq mənbələrdən foto
Koronavirusdan ölənlərin sayında kəskin artım
Bakı/28.08.21/Turan: Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə günü verdiyi məlumata görə, ötən gün Azərbaycanda 4.241 koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, 3.366 nəfər sağalıb, 43 nəfər ölüb.
Bu günə qədər Azərbaycanda 413 986 koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, onlardan 358 230 -u sağalıb, 5 512 nəfər vəfat edib. Bu günə qədər aktiv xəstələrin sayı 50244 nəfərdir.
Son gündə COVID-19 üçün 18 871 test aparılıb. -02В-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz