Vüqar Bayramov
�Dollara tələbat artacaq�, Vüqar Bayramov
Bakı/21.08.18/Turan: Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Kommersiya bankları ABŞ valyutasını 1,6950-1,7000 manata alır, 1,7020-1,7030 manata satır.
Avqustun 21-ə avronun rəsmi məzənnəsi ötən günlə müqayisədə 1,9423 manatdan 1,9602 manata qədər artıb.
Kommersiya bankları avronu 1,9450-1,9580 manata alır, 1,9730-1,9800 manata satırlar.
İqtisadçı Vüqar Bayramov Facebook səhifəsində türk lirəsi və rus rublunun məzənnəsinin aşağı düşməsinə toxunaraq qeyd edib ki, bütün bunlar Azərbaycanda ABŞ valyutasına tələbata səbəb olub.
"Proqnozlaşdırıldığı kimi, ayın sonuna qədər dollara tələbat yüksək olaraq qalacaq. Lakin görünür ki, Mərkəzi Bank manatın zabit məzənnəsini davam etdirməyə çalışır, amma rublla bağlı situasiya Mərkəzi Bankı gələcək valyuta siyasətinə dəyişiklik etməyə məcbur edə bilər. Bütövlükdə noyabrın ikinci yarısından başlayaraq dollara olan tələbat yenə artacaq", - deyə V.Bayramov hesab edir. -71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz