Последнее обновление

(8 минут назад)
HƏMAS liderinin qətli Yaxın Şərqdə böyük müharibəyə səbəb ola bilərmi? – İlham İsmayıl saat 16:00-da Çətin sualda

HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsi bir neçə gündür dünyanın əsas müzakirə mövzularından birinə çevrilib.

“New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb ki, İranın dini lideri Əli Xamneyi İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmrini verib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının fövqəladə iclasında Haniyənin qətlində ABŞ-nin məsuliyyət daşıdığını deyib.

Onun sözlərinə görə, Vaşinqtonun icazəsi və ABŞ kəşfiyyatının dəstəyi olmadan bu dəhşətli qətl həyata keçirilə bilməzdi.

ABŞ Dövlət katibi Entoni Blinken isə deyilənləri əvvəlcədən təkzib etmişdi. Hətta Blinken Qətər vasitəsilə İrandan HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab verməməsini istəyib.

İsmayıl Haniyənin qətlinə rəsmi Ankara da sərt reaksiya verib.

Prezident Ərdoğan Roma Papası ilə telefon danışığında Haniyənin öldürülməsi və Livana hücumun İsrail, bütün bölgə, dünya və insanlıq üçün təhlükə olduğunu bildirib.

Siyasi şərhçi İlham İsmayıl Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей