Последнее обновление

(9 минут назад)
Tanınmış siyasətçilər niyə parlament seçkilərinə qatılmırlar? – Arif Hacılı saat 17:00-da Çətin sualda

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiya sədrlərindən – Müsavat başqanı İsa Qəmbər,  Vətəndaş Həmrəyliyi Partiyasının sədri, VI çağırış Milli Məclisin üzvü Sabir Rüstəmxanlı, Ədalət partiyasının sədri  İlyas İsmayılov və Ümid partiyasının sədri İqbal Ağazadə seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürmüş ADP sədri geri çəkilməli olub. Vəhdət prtiyasının sədri, VI çağırış Milli Məclisin üzvü Tahir Kərimli də parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

Eyni zamanda Müsavat partiyasının Məclis sədri və keçmiş başqanı Arif Hacılı və Ədalət partiyasının bir neçə sədr müavini də seçkiyə qatılmayacaqlar.

Bu arada VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov da deputatlığa namizədliyini geri götürüb.

Tanınmış siyasətçilər niyə parlament seçkilərinə qatılmırlar?

Müsavat partiyasının Məclis sədri Arif Hacılı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей