Buğdanın və çörəyin qiyməti qalxmayacaq!
Dünəndən etibarən Rusiya buğda, arpa, çovdar, qarğıdalı və şəkər ixracını dayandırıb. Xüsusuilə Rusiya Qərbin və Aİ-nın sanksiyalarına cavab olaraq taxıl və dənli bitkilərin Avrasiya Birliyi ölkələrinə, şəkərin isə 3-cü ölkələrə ixracı dayandırılıb. Bu məlumatdan sonra ölkəmizdə çörəyin qiymətinin qalxması ilə bağlı bəzi narahatlıqlar yaranmaqdadır. Bunun da əsas səbəbləri söylənilməsə də, amma bəzi real siqnalları da dərk olunmamış deyil.
Bunun ikinci səbəbi, son günlərdə dünyada buğdanın qiymətinin 40 faizə yaxın artması ciddi narahatlıq yaradan məsələlərdəndir.
Bunun üçüncü səbəbi, dünyada ən ciddi buğda ixracatçısı olan dövlətlər arasında müharibənin aparılmasıdır. Söhbət Rusiya-Ukrayna arasında müharibədən gedir. Çünki hər 2 dövlətin hər biri buğda istehsalı üzrə dünyada xüsusi paya sahibdirlər. Belə ki, Ukraynanın və Rusiyanın dünya üzrə buğda istehsalında 29 faizlik xüsisi çəkiyə malikdirlər.
Bu qərarı ilə Rusiya öz aləmində mədəni dünyanın Rusiyaya qarşı sanksiya cavabına o da “taxıl silahı” ilə cavab verir. Amma gerçəkdən Rusiyanın zəif buğda istehsalçısı saymaq olmaz. Dünyada ən böyük buğda istehsalçılarından sayılır. Belə ki, Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Daxili tələbatı bunun təxminən yarısı qədərdir. Rusiyanın illik 36 milyon tonluq ixracı var. Bu dünya buğda istehsalının 14 faizi deməkdir.
Rusiyanın illik buğda istehsalı, min ton
Dünyanın ən çox buğda istehsal edən ölkələri içərisində Rusiya 3-dür. Ardıcıllıq belə gəlir; Çin (134.3 mln. ton) Hindistan (98.5 mln. ton) və Russiya (85.9 mln. ton)
Azərbaycanda buğdanın qiyməti qalxacaqmı?
Dünyada qiymət artması fonunda Azərbaycanda bunun üçün heç bir iqtisadi zəmin olmadığını təhlil etməyə çalışaq.
Azərbaycan çörək üçün buğdanın 1,3 milyon tonunu Rusiyadan alır. Rusiya isə mədəni dünyanın ona qarşı iqtisadi sanksiyalara məruz qoymasından sonra o da özünün üstün imkanlarını ifadə edərək ixrac etdiyi buğdanın rüsumalarını artırmaq hesabına idxalçı ölkələri fakt qarşısında qoymaq istəyir. Bunun üçün ölkəmizdə buğdanın qiymətləri arta bilərmi, sualı meydana çıxır.
Əvvəla, Azərbaycan Rusiyadan bu il üçün taxıl idxalının müəyyən bir hissəsini artıq həyata keçiribdir. Digər hissəsi isə müqavilə şərtlərinə görə yaxın aylarda ölkəmizə gətiriləcəkdir. Bu baxımdan idxal hesabına qiymət artımı gözlənilmir. Belə ki, ötən ilin yanvar ayı üçün 5-6 milyon dollarlıq buğda idxalı həyata keçirlmişdisə, bu ilin yanvar ayında isə 32 milyon dollardan artıq həcmdə buğda ölkəmizə gətirilmişdir. Bu isə bizim ən azı yay aylarına qədər buğda tələbatımızı ödəyəcək. Deməli bizim hələlik taxıl ehtiyatlarımız yaranıb.
Digər tərəfdən isə yaxın 3 ay ərzində artıq taxıl yığımı başlayır. Bu zaman isə daxili istehsal imkanlarının və “stokların” yaranması deməkdir. Daxili istehsalla idxal əməliyyatlarının həyata keçirilməsi onu deməyə və məntiqi olaraq düşünməyə əsas verir ki, ölkəmizdə buğdanın qiymətinin artması üçün heç bir iqtisadi əsaslar yoxdur. Həm daxili istehsalla bağlı havalar qeyri-münasib keçmir, digər tərəfdən isə idxal əməliyyatları nəzərdə tutulan qrafik üzrə həyata keçirilib. Qiymət artırılsa, bu o demək olacaq ki, oliqarxlar əllərinə düşən fürsəti fövdə vermək istəməyiblər.
Məmməd Talıblı
-
- Analitika
- 20 Mart 2022 16:38
Bazarların icmalı
-
2024-cü ilin oktyabr ayında Bakıda tikinti materialları bazarında ötən ayla müqayisədə qiymətlərdə əhəmiyyətli artım müşahidə olunub, orta hesabla 5% yüksəliş qeydə alınıb. Bu kəskin artım, sentyabr ayında müşahidə edilən mülayim 0.9%-lik artımla kəskin ziddiyyət təşkil edir və yerli bazarda tələbin artdığını və ya təchizatın məhdudlaşdığını göstərir. Oktyabr ayı üçün məlumatlar, əsas tikinti resurslarına təsir edən geniş inflyasiya təzyiqini və müxtəlif material kateqoriyalarında fərqli qiymət tendensiyalarını ortaya qoyur.
-
2024-cü ilin oktyabr ayında, Turan agentliyi tərəfindən tərtib olunan və Bakıda əsasən 30 növ yerli istehsal ərzaq məhsullarını əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 0,8% artıb.
-
2024-cü ilin oktyabr ayında Azərbaycanda 7 bankda əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar Azərbaycan manatında və ABŞ dollarında yerləşdirilən əmanətlərin faizinə yenidən baxıb.
-
2024-cü ilin oktyabr ayında Azərbaycanda 4 bankda kreditləşməyə dair vəziyyət dəyişib. Banklar Azərbaycan manatında verilən istehlak və biznes kreditlərinin faizinə yenidən baxıb.
Rəy yaz