İkinci tədbirlər planı müsbət nəticələnməlidir
Böyük Şərq
-
“Dostlar alverdə görsün” — deyə Şanxaydan vurub BRİCS-dən çıxandan sonra “kürd problemi”nin həllini gündəmin ən üst sırasına daşımaq hansı zərurətdən irəli gəldi? Bu məsələdə güzəşti ağlından belə keçirməyən Türk milliyyətçilərinin lideri Devlet Bahçelinin terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısını Türkiyə Böyük Millət Məclisində danışmağa və təşkilatı “silahı yerə qoymağa” dəvət etməsi, xeyr, daşları yerindən oynatmadı.
-
Oktyabrın 1-də İranın etdiyi hücuma cavab olaraq oktyabrın 26-da İsrailin İranın hədəflərinə endirdiyi zərbə çoxdankı iki düşmən arasında qarşılıqlı münasibətlər barədə suallar doğurdu. Hədəflərin yeri və vaxt ilə bağlı İranın əvvəlcədən xəbərdar edilməsi barədə İsrailin bəyanatı – onların gizli hərbi əməliyyatlar tarixində qeyri-adi addım - tərəflərin düşmənçilik münasibətlərinin eskalasiyasını istəmədiklərini və Yaxın Şərqdə gərgin vəziyyətə müəyyən nəzarəti saxlamaqda maraqlı olduqlarını göstərir. ABŞ da məlumatlandırılıb ki, bu da İsrailin təkcə regionda vəziyyətə yox, həm də İran gündəminə münasibətdə koordinasiyalı yanaşmasını önə çəkir.
-
Son 20 ildə Türkiyə üçüncü dəfə yeni bir “kürd açılımı” prosesinə start verir: bu dəfəki “açılım”ın əvvəlkilərdən fərqi işin içində ölkənin ən milliyətçi siyasi qurumunun və ana müxalifət partiyasının olmasıdır.
-
Diplomatik açıqlığın nadir anında, İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı davam edən gərginliyi aradan qaldırmağı öhdəsinə götürüb. 14 oktyabr tarixində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüş zamanı Pezeşkian iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladı və son illərdə Tehran və Bakı arasındakı münasibətləri bəzən xarakterizə edən düşmənçilik ritorikasından uzaqlaşdığını işarə etdi.
Rəy yaz