Bakı/11.02.21/Turan: Gün ərzində Azərbaycanda koronavirusa 140 yeni yoluxma faktı aşkarlanıb. 205 nəfər sağalıb, üç nəfər vəfat edib. Bu barədə fevralın 11-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Ölkədə xəstəliyə yoluxanların ümumi sayı 231 649 nəfərə çatıb, onların 226 119-u sağalıb, 3170 nəfəri vəfat edib. Bu gün aktiv xəstə sayı 2 360 nəfər təşkil edir. Son bir gün ərzində ölkədə 7315 test aparılıb. -02D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə