
koronavirusinfo.az
140 yeni yoluxma faktı, 2 nəfər vəfat edib
Bakı/16.02.21/Turan: Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 140 yeni fakt aşkarlanıb, 191 nəfər müalicə olunub, iki nəfər vəfat edib. Bu barədə fevralın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ölkədə yoluxanların ümumi sayı 232 337 nəfər olub, onlardan 226 951 nəfər müalicə olunub, 3185 nəfər vəfat edib.
Hazırda aktiv xəstələrin sayı 2201 nəfərdir. Sutka ərzində Azərbaycanda 7631 test keçirilib. -02D-
-
- İqtisadiyyat
- 16 Fevral 2021 15:49
-
- Qafqaz
- 16 Fevral 2021 15:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz