
koronavirusinfo.az
Bakı/25.10.21/Turan: Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1477 yoluxma faktı qeydə alınıb, 628 nəfər sağalıb, 21 nəfər vəfat edib. Bu barədə oktyabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 655 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183 test aparılıb. -02D-
Rəy yaz