koronavirusinfo.az
474 yeni yoluxma halı qeydə alınıb, 16 nəfər vəfat edib
Bakı/13.01.21/Turan: Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 474 yeni hal aşkarlanıb, 1322 nəfər müalicə olunub, 16 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Pandemiyanın başlayandan yoluxmuş şəxslərin ümumi sayı 225 820 nəfər təşkil edib, onlardan 212 120 nəfəri müalicə olunub, 2957 nəfəri isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 10 743 nəfərdir. Sutka ərzində ölkədə 8052 test keçirilib. -02D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz