Açiq mənbələrdən foto.
5-9-cu siniflərdə dərslər hansı şəraitdə bərpa olunacaq
Bakı/27.01.21/Turan: Təhsil Nazirliyi fevralın 1-dən məktəblərin 15 gün müddətinə açılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, dərslərin COVİD-19-a yoluxmanın artmasına təsiri 14 gündən sonra aydın olacaq.
“Fevralın 1-də tədris prosesinin bərpası ilə əlaqədar şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədris prosesi təxirə salınacaq. Əgər dinamika əlverişli olarsa, dərslər davam etdiriləcək", - nazirliyin nümayəndəsi bildirib.16d-
-
- Siyasət
- 27 Yanvar 2021 12:29
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz