![koronavirusinfo.az](https://turan.az/resized/media/2020/main/100100031453-750-500-resize.webp)
koronavirusinfo.az
80 yeni yoluxma faktı, 114 nəfər müalicə olunub, 2 nəfər vəfat edib
Bakı/01.10.20/Turan: Ötən sutka Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 80 yeni fakt qeydə alınıb, 114 nəfər müalicə olunub, 2 nəfər vəfat edib. Bu barədə oktyabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Beləliklə, pandemiya müddətində yoluxan şəxslərin ümumi sayı sayı 40309 nəfər təşkil edib, 38068 nəfər müalicə olunub, 593 nəfər vəfat edib.
Hazırda aktiv xəstələrin sayı 1648 nəfərdir.-02D-
Cəmiyyət
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 10-na olan hava proqnozunu açıqlayıb. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilsə də, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.
-
Siyası məhbus, AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı, üç uşaq anası Aygün Hümbətova ölkə prezidenti İlham Əliyevə sosial şəbəkə (FB) vasitəsilə açıq müraciət göndərib. Turana verdiyi müsahibədə o, ailəsinin agır durumda olmasını vurgulayıb. "Ərimi şərləməyə lazım olanda gəlirlər. Xəzər rayonu icra başçısı gəlsin maraqlansın vətəndaşları hansı gündədirlər".
Rəy yaz