
90-dan çox insan günvurma ilə bağlı həkimlərə müraciət edib
Bakı/13.07.18/Turan: Yayın əvvəllərindən isti və günvurma şikayəti ilə müraciət edənlərin sayı 91-ə çatıb. Bu barədə Turan-a Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.
Müraciət edənlərin 57-si kişilər, 28-i qadınlar, 7-si uşaqlardır.
57 nəfər "günvurma" diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu məlumatlar yalnız ölkənin paytaxtına aiddir. -06D-
-
- Mədəniyyət
- 13 İyul 2018 13:34
Cəmiyyət
-
Tanınmış jurnalist Mayis Əlizadə martın 6-da səhər saatlarında İstanbulda qəfil ürək tutmasından vəfat edib. O Türkiyə barədə analitik təfəkkürü, bu ölkənin tarixi və siyasəti ilə bağlı dərin biliyi ilə tanınan jurnalist və tərcüməçi idi.
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
Rəy yaz