koronavirusinfo.az

koronavirusinfo.az

Bakı/19.04.21/Turan: Ötən sutka Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma ilə bağlı 995 yeni fakt aşkarlanıb ki, bu da əvvəlki bir neçə gündən iki dəfə azdır.

Bununla yanaşı, 1136 xəstə sağalıb, 29 nəfər vəfat edib. Bu barədə bazar ertəsi Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Xəstələrin ümumi sayı 300 mini ötərək 301 661 nəfərə çatıb. Onlardan 265 539 nəfəri sağalıb, 4 169 nəfəri vəfat edib. Hazırda aktiv xəstə sayı 31 953 nəfərdir.

Son sutka 5 955 test keçirilib ki, bu da əvvəlki günlərdən iki dəfə azdır.-02D-

 

Rəy yaz

Cəmiyyət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti