Arxiv

Arxiv

Bakı/22.11.22/Turan: Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Əfqan Zeynalovun ona məxsus “Murov” TSK MMC şirkətinin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayaya qarşı iddiasına baxılması davam edib. İddianın mahiyyəti ondan ibarətdir ki, Zeynalov Fabriçnayanı 423,5 min dolları (720 min manat) oğurlamaqda ittiham edir. Məhkəmədə həmin pulu zibillikdən tapdığını bildirib. Pulları Nelli Fabriçnayanın atasının mənzilində yerləşdirdiyi şəxsi seyfdə saxlayıb.

İstintaq təcridxanasında saxlanılan Nelli Fabriçnaya bütün ittihamları rədd edir.

Məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir.

Bazar ertəsi Opera və Balet Teatrının təmizlikçisi Məlahət Mirzəyeva ifadə verib. O, hadisələrin iştirakçısı deyil, “Murov” firmasında təmizlikçi işləyən Mehriban Atakişiyevanın bacısıdır. Bundan əvvəl ittiham tərəfi iddia edirdi ki, Fabriçnaya Zeynalovdan 720 min manat oğurlayıb ki, bunun da 50 min manatı Atakişiyevanın oğluna avtomobil alınmasına, nəvəsinin müalicəsinə, Atakişiyevanın mənzilində bahalı təmirə və bahalı əşyalar - soyuducu, televizor, kondisionerin alınmasına xərclənib. Eyni zamanda, Fabriçnaya özünün və Zeynalovun zibillikdən tapdığı pulları (məhkəmədə özü belə deyib) saxladığı evin- atasının mənzilini təmir etməyib, özünə və atasına heç nə almayıb.

Hakim və vəkillərin suallarını cavablandıran Mirzəyeva Atakişiyevanın oğlu Vüqar Əliyevin öz əvvəlki maşınının satışından əldə etdiyi gəlirə mikroavtobus alması, üstəlik anasının və xalasının ona kömək etməsilə bağlı ötən məhkəmə ilcasında səslənən ifadəni təsdiqləyib. Vəsait çatmadığından mikroavtobus almaq mümkün olmayıb. Beləliklə, “Mersedes Vito” mikroavtobusunun Fabriçnayanın Ə.Zeynalovdan oğurladığı pulla alınması barədə ittiham versiyası ortadan qalxıb.

Mirzəyeva sualları bir saatdan çox cavablandırıb və tez-tez qeyd edib ki, bacısı öz həyatını yaxşılaşdırıb, yəni doğuşdan xəstə olan nəvəsini müalicə etdirib, evini təmir etdirib, Zeynalovun verdiyi pullara ev əşyaları alıb. Bəzən “şirkətin pulları”ndan danışıb. Zeynalov təmizlikçiyə köməkdə əli olduğunu inkar edib, lakin şahid bildirib ki, şirkət sahibinin xəbəri olmadan belə pulları götürüb xərcləmək mümkün deyil, yəni Fabriçnayanın  Atakişiyevaya kömək etdiyindən mütləq Zeynalovun xəbəri və razılığı olub.

Bu ifadələr “Murov” şirkətinin sahibinin xoşuna gəlməyib. Bazar ertəsi Zeynalov hətta Mirzəyevin üstünə qışqırıb, yerindən qalxaraq onu “haqq-hesab çəkəcəyilə” hədələyib. Hakim Zeynalova iradını bildirib, Zeynalov əvvəlki iclaslarda da məhkəmədən xəbərdarlıq alıb. Əgər Ağır Cinayətlər Məhkəməsinin zalında şirkət sahibi şahidi hədələyirsə, proses iştirakçılarının üstünə qışqırırsa, deməli, Nelli Fabriçnaya haqlıdır. Belə ki, o, istintaq zamanı bildirib ki, şirkətdə pulları götürməsinə dair qəbzi  Zeynalovun güclü təsiri altında yazıb. Qəbzin mətnində və dəst-xəttində psixoloji təzyiq hiss olunur. Sənədin surəti Turan-ın redaksiyasında var.

Məlahət Mirzəyeva şirkətdə pul oğurluğunu gizlətmək üçün Fabriçnayanın Zeynalovu gizli şəkildə zəhərləməsinin istintaqla məlum olduğunu deyən hakimin sözlərinə etiraz edib. Mirzəyeva deyib ki, qəsdən zəhərləmə ola bilməz.

Sonra hakim Mirzəyevanın istintaqa verdiyi ifadəsini oxuyub: Onun bacısı Zeynalovun 50 min manatını qaytarmaq üçün bankdan və lombardlardan kredit götürüb. Vəkil Rzayevin sözlərinə görə, əslində Atakişiyeva Zeynalova 70 min – 20 min artıq verib ki, Zeynalov onu oğurluğa və ya 50 min manat məbləğində  könüllü yardıma görə təqib etməsin. Məhkəmə bu qarışıq məsələyə aydınlıq gətirməlidir. Mirzəyeva bacısının cinayətkar əməllərdə iştirakını inkar edib.

Hakim Mirzəyevadan onun bacısı Mehriban Atakişiyeva və xəstə nəvəsilə Qubada istirahət etməsi barədə soruşub, maliyyə mənbəyini öyrənib. Məlum olub ki, onlar cəmi bir sutka dincəliblər, ödənişi Nelli Fabriçnaya edib. “Firma Mehribana kömək edirdi”, şahid əlavə edib və göstərdiyi xeyirxahlığa görə Əfqan Zeynalova ayrıca təşəkkürünü bildirib.

Vəkil Qəzənfər Rzayev yenidən cinayət işinə baxılmasının gedişindən narazılığını bildirib. O, hakimə deyib ki, Nelli Fabriçnaya 2 aydır ki, istintaq təcridxanasında saxlanılır, bu müddətdə məhkəmə bir neçə şahidi dinləyib, çağırılan digər şahidlər məhkəmə iclaslarına gəlməkdən imtina edirlər. Məhkəmə onları məcburi qaydada gətirə bilər, amma bunu etmir.

Rzayev hesab edir ki, məhkəmənin şahidlərə seçici münasibəti nəticəsində Əfqan Zeynalovun xeyrinə məlumat verənlər dinlənilir. Onun sözlərinə görə, hakim işə aidiyyatı olmayan xatirələri dinləyir ki, bunlar da  baş verənlərə aydınlıq gətirilməsinə kömək etmir.  Rzayev deyib ki, Fabriçnaya həbsxanada yox, evdə də ola bilərdi,  özünə və yaxınlarına əziyyət verməzdi. Hakim Faiq Qəniyev buna etiraz edərək deyib ki, proses 6 ay, hətta 2 il davam edə bilər.

Növbəti iclas cümə axşamına təyin edilib.

Şübhəli məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Turan agentliyinin ünvanına ittihamlar səslənib

Şahidlər “Murov” şirkətində pul oğurluğunu təsdiqləmirlər

Bəzi məhkəmələr humanistləşdirilmə ilə bağlı prezidentin sərəncamını icra edirlər, bəziləri yox

Şübhəli məhkəmə: İttihamçının bacısı prosesə kidneppinqlə bağlı yeni detektiv qeydləri təqdim edib

İttihamçı Zeynalov məhkəmədən işin yeni istintaqa qaytarılmasını xahiş edir

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti