Açiq mənbələrdən foto.
ANAMA əməkdaşı və sərhədçi minaya düşüb
Bakı/20.11.21/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) giziri Zəngilan rayonu ərazisində minaya düşüb.
Baş Prokurorluğun noyabrın 20-də yaydığı məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və DSX-nin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. -05D-
-
- Sual-cavab
- 20 Noyabr 2021 07:52
-
- Siyasət
- 20 Noyabr 2021 11:45
Cəmiyyət
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır. Digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir. Bu barədə şirkətin məlumatında bildirilir.
Rəy yaz