Açiq mənbələrdən foto.
Apellyasiya Məhkəməsi Əvəz Zeynallın azad etməyib
Bakı/13.09.22/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi “Xural” TV Youtube kanalının rəhbəri Əvəz Zeynallının həbsilə bağlı şikayəti təmin etməyib.
Məhkəmə həmçinin həbsin alternativ qətimkan tədbirilə əvəzlənməsi və ya zaminə buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.
Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqovu 4 ay müddətinə həbs edib. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 və 32.5, 311-ci (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri Zeynallı və Sadıqova qarşı ittihamları uydurma və siyasi motivli hesab ediblər. 16D
Cəmiyyət
-
Bu gün, yanvarın 6-da Azərbaycanda 23 gün sonra keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir. İndiyə kimi 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da seçkilərlə bağlı iclasda bildirib. Onlardan 8 min 429 nəfəri 23 siyasi partiyanı təmsil edir.
-
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycana 700 qram tiryək, 13 mindən çox Preqabalin- 150 həbinin və 600 ədəd Metadon-40 həbinin keçirilməsi cəhdinin qarşısı alınıb. Bunun harada və nə vaxt baş verdiyi açıqlanmır.
-
Yanvarın 7-də paytaxtda gün ərzində yağıntı gözlənilmir. Axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi cənub-şərq küləyinə keçəcək.
-
Hazırda Çin, Qazaxıstan və Rusiyada metapnevmovirus - kəskin respirator virus infeksiyaları üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur. Onun sinmptomlrı öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır.
Rəy yaz