Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/20.07.20/Turan:  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının saxlanılması davam edir. Həftəsonu AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov, fəallar Ramid Nağıyev, Şəmsi Kəsəmənli və İsmayıl Həsənov saxlanılıblar. Onların saxlandığı yer məlum deyil.

Partiyada güman edirlər ki, saxlanmalar iyulun 14-15-də orduya dəstək aksiyası ilə bağlıdır. Aksiya zamanı bir qrup şəxs parlamentə daxil olub.

Həmin hadisələrdən sonra 12 nəfər saxlanılıb. Fəal Mətanət Məhmərzəyeva prokurorluqda dindirildikdən bir sutka sonra buraxılıb. Daha sonra Fərid Əsədov və Vüqar Əbilov buraxılıb. Elvin Məmmədovun barəsində isə Polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilib.  

Hazırda B.İmanov, R.Nağıyev, İ.Həsənov, Ş.Kəsəmənli ilə yanaşı, Asif Yusifli, Seymur Əhmədzadə, Ramil Tağıyev, Məhəmməd İmanlı da həbsdə saxlanılır. Yalnız A.Yusifli və S.Əhmədzadəyə ittiham irəli sürülüb.

İyulun 18-də axşam Nəsimi Rayon Məhkəməsi A.Yusifli və V.Əhmədzadənin barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib. Onlara qarşı Azərbaycan CM-in 186.2.1 (əmlaka ziyan vurmaq), 233 (iğtişaşlarda iştirak etmək) və 315-ci (hakimiyyət nümayəndəsinin əmrinə tabe olmamaq) maddələrilə ittiham irəli sürülüb.

Həmin maddələr üzrə  onları yeddi ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir, AXCP-dən bildiriblər.

A.Yusiflinin vəkili Nemət Kərimli Turan-a bildirib ki, məhkəmədə qətimkan tədbiri seçilərkən fəalı bildirib ki, qanunsuz hərəkət etmədiyi üçün ittihamı qəbul etmir.

“Ümumiyyətlə, istintaq Asif Yusiflinin günahına dair ilkin sübutlar təqdim etməyib”,- vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov deyib ki, onun müdafiə etdiyi Seymur Əhmədzadə də özünü təqsirli bilmir.—06D

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti