
koronavirusinfo.az
Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 802 yeni hal aşkarlanıb
Bakı/05.01.20/Turan: Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 802 yeni hal aşkarlanıb. 2479 nəfər müalicə olunub, 31 nəfər vəfat edib. Bu barədə çərşənbə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə yoluxanların sayı 221 401 nəfərdir. 199 213 nəfər sağalıb, 2792 nəfər vəfat edib. Hazırda aktiv xəstənin sayı 19 396 nəfərdir.
Pandemiya başlayandan 2 222 629, son sutka ərzində 8435test keçirilib. –21D06-
-
- Foto sessiyalar
- 5 Yanvar 2021 23:57
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz