Azərbaycanda COVID-19 infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb
Баку/14.01.21/Turan: Azərbaycanda COVID-19 infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb, 14 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, 9 950 aktiv xəstənin müalicəsi davam edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, bu günə qədər isə ümumilikdə 2 295 612 test icra olunub.-0-
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz