Azərbaycanda koronavirus infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb
Bakı/03.04.21/Turan: Azərbaycanda koronavirus infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.
Azərbaycanda son sutka ərzində 15585, hazırkı dövrədək isə 2916745 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 35780 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23311 nəfərdir.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 924813, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 582463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342350 təşkil edir.-06D-
-
- Cəmiyyət
- 3 Aprel 2021 14:36
Cəmiyyət
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
-
Milli Hidrometeorologiya Xidməti 16 yanvar üçün hava proqnozunu açıqlayıb. Proqnozda ölkə ərazisində müxtəlif hava şəraitinin müşahidə ediləcəyi bildirilib.
Rəy yaz