Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb
Bakı/24.10.20/Turan: Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 49 min 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 41 min 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 298 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 281 min 497 test aparılıb. Bugünkü test sayı 11 353-dir. -0-
Cəmiyyət
-
Yeni il gecəsinin sakitliyində, atəşfəşanlıqlar Zaqatalanın səmasını işıqlandırarkən, daha qaranlıq bir mənzərə baş verirdi. Şəhər kənarındakı Danaçı poliqonunda toplaşan təxminən 15 sahibsiz it naməlum şəxslər tərəfindən güllələnmişdi. Hadisə atəşfəşanlıqların yaratdığı səs-küy ilə üst-üstə düşərək, bu dəhşətli aktın səhərə qədər fərq edilməməsinə səbəb oldu.
-
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yanvarın 3-dən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpa olunduğunu elan edib. İlk reyslərdə oturacaqların doluluq səviyyəsi 90%-dən çox olub ki, bu da xidmətə yüksək tələbatın olduğunu göstərir.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti yanvarın 6-na olan hava proqnozunu açıqlayıb. Proqnoza görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və arabir yağışlı hava şəraiti gözlənilir.
-
Azərbaycan polisi yanvarın 4-də, o cümlədən əvvəlki dövrlərə aid bir cinayət də daxil olmaqla, ümumilikdə 32 cinayətin üstünü açıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəy yaz