
Azərbaycanda koronavirusa yoluxma hallarının gündəlik artımı 400-ü keçdi
Bakı/07.03.21/Turan: Azərbaycanda son sutkada 403 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 236 768 nəfər koronavirusa yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.
Son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.
Martın 6-da Azərbaycanda koronavirus infeksiyasına 353 yoluxma faktı qeydə alınıb. Göründüyü kimi, bu gün 50 nəfər daha çox insan infeksiyaya yoluxub. Ümumilikdə son günlər yoluxma halları tədricən artmaqda davam edir.—06D-
-
- Cinsiyyət
- 7 Mart 2021 18:06
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz